Rusiya 4 nəhəng şirkəti cərimələdi

Rusiya 4 nəhəng şirkəti cərimələdi

Hazırda oxunan: Rusiya 4 nəhəng şirkəti cərimələdi
646998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada “Apple”, “Google”, “Telegram” və “Wikipedia”a 26,3 milyon rubl cərimə kəsilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən, “Wikimedia” Fonduna 15,2 milyon rubl, “Google” və “Telegram”ın hər birinə 3,8 milyon rubl, “Apple”a isə 3,5 milyon rubl cərimə tətbiq edilib.

Cərimələr Rusiyada qadağan olunmuş məzmunların silinməməsi ilə əlaqələndirilib.

Bildirilib ki, “Telegram”a qarşı iddia Rusiya Silahlı Qüvvələri barədə yanlış məlumat ehtiva etdiyi bildirilən paylaşımlarla bağlı olub.

“Apple”a qarşı keçirilən məhkəmə iclası isə şirkətin məxfi məlumatlarının açıqlana biləcəyi ehtimalı səbəbindən mətbuat üçün qapalı olub.

Qeyd edək ki, Rusiyada sözügedən şirkət və təşkilatlar daha əvvəl də ölkə qanunvericiliyinin tələblərini pozduqları və qadağan olunmuş məzmunları silmədikləri üçün cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO