Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Hazırda oxunan: Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
647016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb.
 

Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mərkəzi Hərbi Həkim Komissiyasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçdikdən sonra müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilib.


Hərbi xidmətə yola düşməsi üçün ona çağırış vərəqəsi göndərilib. Lakin G.Vəlizadə üzrlü səbəb olmadan vərəqədə göstərilən ünvana gəlməyib. SHXÇDX-nin əməkdaşları ailə üzvləri vasitəsilə ona xəbərdarlıq etsələr də, o, növbəti çağırışa da getməyib.

Məhkəmədə ifadə verən G.Vəlizadə səhhətindəki problemlərə görə hərbi xidmətə yollanmadığını bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə hər iki ayağında anadangəlmə üçüncü dərəcəli yastıpəncəlik olduğuna görə ona üç il möhlət verilib. O, atasının vəfatından sonra sinir sistemində problemlər yarandığını və səbəbsiz yerə əsəbiləşdiyini deyib.

G.Vəlizadə psixoloji vəziyyətinə görə hərbi xidmətə getmək istəmədiyini və xidmətə aparılacağı təqdirdə yenidən intihara cəhd edəcəyini bildirib.

Məhkəmədə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyi də araşdırılıb. Rəydə bildirilib ki, G.Vəlizadə əməli törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında olub. Buna görə də o, həmin əmələ münasibətdə anlaqlı hesab edilib.

Ekspertiza zamanı onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməyib və məcburi müalicəyə ehtiyacının olmadığı bildirilib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə G.Vəlizadə altı ay müddətinə azadlıqdan məhrum edilib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO