Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək

Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək

Hazırda oxunan: Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək
647007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərinin 20-ci və 21-ci mikrorayonlarında yerləşən, taxta konstruksiyalardan inşa edilmiş birmərtəbəli fin evlərin sökülməsi gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, artıq ərazidəki evlər ölçülüb.
 

Bildirilib ki, ölçmə işləri Mənzil-Kommunal Təsərrüfatı (JEK) əməkdaşları tərəfindən aparılıb. Məlumata görə, burada yaşayan sakinlər üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi və onlara mənzil verilməsi nəzərdə tutulur.


Sakinlər arasında yayılan məlumata əsasən, yeni mənzillər mövcud evlərin sahəsindən 20 kvadratmetr artıq hesablanacaq.

Digər tərəfdən, 20-ci mikrorayonun ərazisinin çinli investorlar tərəfindən satın alındığı və burada “Şanxay” adlı yaşayış kompleksinin inşa ediləcəyi barədə də söhbətlər dolaşır. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, 21-ci mikrorayonda yerləşən ərazinin artıq tanınmış şirkəti tərəfindən alındığı bildirilir. Hazırda həmin ərazidə söküntü işləri aparılır.

Sakinlər ərazidə planlaşdırılan dəyişikliklərlə bağlı rəsmi açıqlama verilməsini və köçürülmə şərtlərinin dəqiqləşdirilməsini gözləyirlər. (Mənbə: Baku.ws)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO