Ukraynada abortlar qadağan olunur

Ukraynada abortlar qadağan olunur

Hazırda oxunan: Ukraynada abortlar qadağan olunur
646985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynada bəzi istisnalarla hamiləliyin bütün mərhələlərində abortların qadağan olunmasını nəzərdə tutan petisiya qeydə alınıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüs Ukrayna Nazirlər Kabinetinin elektron petisiyalar saytında yerləşdirilib.
 

Petisiya müəllifi hazırda hamiləliyin 12-ci həftəsinədək aborta icazə verən qaydaya yenidən baxılmasını istəyir. O, bu həddin Ukrayna Konstitusiyası ilə müəyyən edilmədiyini, sovet qanunvericiliyindən qaynaqlandığını əsas gətirir.


Müəllif aborta yalnız qadının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, döldə ağır inkişaf qüsurları aşkarlandıqda və ya hamiləlik zorlama nəticəsində baş verdikdə icazə verilməsini təklif edir.

Təşəbbüs petisiya xarakteri daşıyır və qadağanın qəbul edilməsi demək deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO