Dünyaya ən çox ərzaq satan 11 ölkə - Siyahı

Dünyaya ən çox ərzaq satan 11 ölkə - Siyahı

Hazırda oxunan: Dünyaya ən çox ərzaq satan 11 ölkə - Siyahı
646987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə qlobal kənd təsərrüfatı məhsullarının ixrac həcmi 15 faiz, ixracdan əldə olunan gəlirlər isə 24 faiz azalaraq 1,48 trilyon avroya (1,6 trilyon dollar) düşüb.

Bizim.Media xəbər verir ki, "CMBNews"un məlumatına görə, bu azalma əsasən dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi, logistika və sığorta xərclərinin artması, eləcə də geosiyasi gərginliklər və ticarət siyasətindəki qeyri-müəyyənliklə əlaqədardır.

2025-ci ildə qlobal kənd təsərrüfatı məhsullarının ixracının ümumi həcmi təxminən 2,3 milyard ton təşkil edib. Bir sıra regionlarda tələbatın zəifləməsi, idxalçıların daha ucuz məhsullara üstünlük verməsi və təchizat zəncirindəki problemlər beynəlxalq ticarətə mənfi təsir göstərib.
 

Braziliya əsas ixracatçı ölkələrdən biri olaraq mövqeyini qoruyub. Ölkənin soya ixracından əldə etdiyi gəlir 40,3 milyard avro, mal əti ixracından 15,4 milyard avro, qəhvə ixracından 13,8 milyard avro, şəkər ixracından isə 13,1 milyard avro olub.


Cənub-Şərqi Asiyada İndoneziya və Malayziya palma yağı ixracında aparıcı mövqelərini saxlayıblar. İndoneziyanın bu məhsul üzrə ixrac gəliri 22,6 milyard avro, Malayziyanın gəliri isə 13,7 milyard avro təşkil edib.

ABŞ-nin qarğıdalı ixracından əldə etdiyi gəlir 17,5 milyard avro, soya ixracından əldə etdiyi gəlir isə 15,3 milyard avro olub. Hindistanın düyü ixracı üzrə gəlirləri 10,1 milyard avronu ötüb.

Ümumilikdə, 2025-ci ildə qlobal kənd təsərrüfatı ticarətində ixrac həcmlərinin azalması ilə müqayisədə gəlirlərin daha kəskin geriləməsi bazarda qiymət təzyiqlərinin gücləndiyini və ixracatçıların gəlirliliyinin azaldığını göstərir.

2025-ci ildə əsas ixracatçı ölkələrin kənd təsərrüfatı məhsulları üzrə ixrac gəlirləri:

Kənd təsərrüfatı məhsullarının ən iri ixracatçıları:

1.    ABŞ – 181,3 milyard dollar

2.    Braziliya – 144,4 milyard dollar

3.    Çin – 74,8 milyard dollar

4.    Kanada – 66,6 milyard dollar

5.    Meksika – 49,9 milyard dollar

6.    İndoneziya – 49,7 milyard dollar

7.    Avstraliya – 45,8 milyard dollar

8.    Hindistan – 45,5 milyard dollar

9.    Tailand – 41,8 milyard dollar

10.  Fransa – 38,7 milyard dollar

11.   Rusiya – 28,3 milyard dollar (Trend.az)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO