Uzun müddətdən sonra ilk rəsmi tədbirə Meqansız qatıldı - FOTO

Uzun müddətdən sonra ilk rəsmi tədbirə Meqansız qatıldı - FOTO

Hazırda oxunan: Uzun müddətdən sonra ilk rəsmi tədbirə Meqansız qatıldı - FOTO

637397

Şahzadə Harri Böyük Britaniyaya qayıtdıqdan bəri ilk rəsmi tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hola” məlumat yayıb.
 
Sasseks hersoqu Londondakı Köhnə Kral Dəniz Kollecində keçirilən Invictus Spirit Qala Yeməyi və Mükafatlandırma mərasiminə qatılıb. 

Şahzadə Harri klassik qara smokin və qalstuk geyinib. O, həmçinin hərbi medallarını da taxıb. Şahzadə ictimaiyyət qarşısında həyat yoldaşı Meqan Markl olmadan çıxış edib.
 

Avqustun 20-də "The Telegraph" qəzeti yazmışdı ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl avqustun sonunda ABŞ-dan Böyük Britaniyaya köçməyi planlaşdırır. Nəşrin məlumatına görə, ailə, ehtimal ki, Londonun kənarında, özəl, kral olmayan bir iqamətgahda məskunlaşmaq niyyətindədir.


Britaniyanın "Mirror" qəzeti Şahzadə Harrinin ailəsi ilə birlikdə Britaniyaya qayıtması xəbərinin Kral III Çarlzı "şoka saldığını" bildirmişdi.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO