Daş Salahlıda su problemi - Nə vaxt həll olunacaq?

Daş Salahlıda su problemi - Nə vaxt həll olunacaq?

Hazırda oxunan: Daş Salahlıda su problemi - Nə vaxt həll olunacaq?
637369
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazax rayonunun Daş Salahlı kəndində uzun müddətdir su probleminin olmasına dair xəbərlər yayımlanıb. Bununla bağlı bəzi sosial şəbəkə hesablarında paylaşılan video materiallarda iddia olunur ki, kəndin müəyyən hissəsində su var, bir hissəsində isə su çatışmazlığı yaşanır.

Bizim.Media-nın yerli bürosu məsələ ilə bağlı Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət edib.

Qurumdan bildirilib ki, qeyd olunan ərazidə suvarma sistemləri Daş Salahlı bələdiyyəsinin balansındadır və problemin başlıca səbəbi bələdiyyənin balansında olan su xəttinin sıradan çıxmasıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Daş Salahlı bələdiyyəsinin sədri Ədalət Hacıyev sözügedən 1 kilometrlik xəttin bərpaya ehtiyacı olduğunu bildirib:
 

“Yaranmış vəziyyət bizi də narahat edir və problemin həlli istiqamətində işlər görülür”, - deyə Ə.Hacıyev qeyd edib.


Bələdiyyə sədri onu da əlavə edib ki, göstərilən ərazidə yaxın 10 gün ərzində yeni xətt çəkilərək istismara veriləcək.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO