Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

Hazırda oxunan: Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir - VİDEO

633806

Türkiyənin “HÜRJET” reaktiv təlim və yüngül döyüş təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək ilk nümunəsi yerüstü və taksi sınaqlarından sonra ilk uçuşunu uğurla həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.

“Müstəqilliyimizi zəfərə aparan iradə bu gün milli aviasiyamızın qanadlarında yüksəlməyə davam edəcək” - deyən Görgün bu qürurun ərsəyə gəlməsində əməyi olan Hərbi Hava Qüvvələri Komandanlığı, “Turkish Aerospace Industries” (TUSAŞ) şirkətinin əməkdaşları, mühəndislər, texniklər və bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO