İran yunan maqnatının tankerini ələ keçirdi - FOTO

İran yunan maqnatının tankerini ələ keçirdi - FOTO

Hazırda oxunan: İran yunan maqnatının tankerini ələ keçirdi - FOTO

626984

İranın yunan gəmi sahibi Corc Prokopiuya məxsus neft tankerini ələ keçirdiyi ehtimal olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times (FT) peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumata görə, Oman sahilləri yaxınlığından Fars körfəzi istiqamətində hərəkət edən Kavomaleas tankeri iyulun 19-na keçən gecə iki mərminin hücumuna məruz qalıb. Zərbələr nəticəsində gəminin maşın şöbəsində yanğın baş verib və ekipaj təxliyə olunub.

Nəşr yazır ki, sonradan əldə olunan peyk görüntüləri tankerin İran tərəfindən ələ keçirilə biləcəyini göstərir.

Milyarder Corc Prokopiuya məxsus Dynacom şirkəti isə gəminin yedəyə alınması ilə bağlı heç bir əməliyyata razılıq vermədiklərini və hazırda tankerin yerini müəyyənləşdirməyə çalışdıqlarını açıqlayıb.

Ələ keçirilən geminin peyk görüntülərini təqdim edirik:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO