Rusiyada dəmiryol vağzalının damına dron düşdü

Rusiyada dəmiryol vağzalının damına dron düşdü

Hazırda oxunan: Rusiyada dəmiryol vağzalının damına dron düşdü
626949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalının damına “Mavic Air 2” kameralı dron düşüb. Kvadrokopteri buraxan şəxsin Volqoqrad Tibb Universitetində təhsil alan Səid adlı Yəmən vətəndaşı olduğu üzə çıxıb. O, artıq saxlanılıb. 

Stansiya əməkdaşları şübhəli əşya barədə polisə məlumat veriblər. Qəzaya uğrayan drona baxış keçirilib. Dindirilmə zamanı dronun sahibi bildirib ki, heç kimə casusluq etməyib, sadəcə şəhərin görməli yerlərini kopterdən lentə almaq istəyib.

Əcnəbi tələbənin sözlərinə görə, dron qəfildən sıradan çıxıb və stansiyanın damına düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yəmən vətəndaşı ilə danışıqları davam etdirirlər.

Mənbə: “SHOT” “Telegram”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO