Serj Sarkisyana fəxri dəfn düşmür, onun kəllə sümüyünü məktəblərin birində sklet kimi saxlamaq lazımdır ki, gələcək nəsillərə nümayiş etdirilsin.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Qalust Qriqoryanın “Sarkisyanın kəlləsi”x9d adlı məqalədə vurğulanıb.
Müəllif Serj Sarkisyanın erməni milləti qarşısında etdiyi günahları sadalayıb. Qriqoryanın dediyinə görə, Sarkisyanın vaxtında Ermənistan bir dəfəlik Rusiyanın vassalına çevrilib.
“O bütün cəbhələrdə uduzdu. Məhz onun vaxtında Ermənistan “futbol diplomatiyasına”x9d başladı. Rusiya XİN başçısının qəzəbli məktubundan sonra erməni-türk protokollarına qol çəkdi. Məhz onun vaxtında Rusiyanın “danışan başları”x9d Erməistanı təhqir edərək nə etməli olduğunu bildirdilər”x9d, - deyə jurnalist vurğulayıb.
Müəllifin fikrincə, Sarkisyanın vaxtında Ermənistan iqtisadi uçuruma yuvarlanıb, əhalininn ölkəni tərk etməsi maksimuma çatıb.

































































































