Fransanın Rusiya tankerini saxlamasına Peskovdan SƏRT REAKSİYA

Fransanın Rusiya tankerini saxlamasına Peskovdan SƏRT REAKSİYA

Hazırda oxunan: Fransanın Rusiya tankerini saxlamasına Peskovdan SƏRT REAKSİYA

616533

“Fransiya hakimiyyət orqanlarının Rusiyadan yola çıxan tankeri saxlaması qanunsuzluqdur”.

Bizim.Media “İnterfax.ru”ya istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirilən brifinqdə bildirib.
 

“Biz bu cür hərəkətləri qanunsuz hesab edirik. Bu, beynəlxalq piratçılıq səviyyəsində bir addımdır. Bu addımların beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilməsi fikri ilə qətiyyən razı deyilik”, – Peskov qeyd edib.


Xatırladaq ki, Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn "Tagor" neft tankerini saxlayıb.

Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, hərbi əməliyyat səhər saatlarında Atlantik okeanında baş tutub. Onun sözlərinə görə, bu əməliyyata Böyük Britaniya da daxil olmaqla bir neçə ölkə dəstək verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO