Tramp diplomatiyaya 3-cü dəfə xəyanət edib - Möhsün Rzayi

Tramp diplomatiyaya 3-cü dəfə xəyanət edib - Möhsün Rzayi

Hazırda oxunan: Tramp diplomatiyaya 3-cü dəfə xəyanət edib - Möhsün Rzayi

616222

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsinin danışıqlar yolu ilə həllini istəmir, əksinə, başqa məqsədlər güdür.

Bizim.Media xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Möhsün Rzayi bildirib.

"Proqnozlaşdırıldığı kimi, ABŞ prezidenti üçüncü dəfə diplomatik səylərə xəyanət edib. Dəniz blokadasını davam etdirməklə və həddindən artıq şərtlər irəli sürməklə o, bir daha sübut etdi ki, danışıqlara meylli deyil, əksinə başqa məqsədlər güdür", - deyə Xameneinin müşaviri qeyd edib.

İran mediası yazır ki, Trampın İranla mümkün razılaşmanın təfərrüatları ilə bağlı açıqlamaları ABŞ-ni münaqişədə qalib kimi göstərməyə yönəlib.

Qeyd edilib ki, Tramp İranın Hörmüz boğazını açmağa və tranzit üçün rüsum almamağa razı olduğunu iddia edib, halbuki layihə sazişinin mətni fərqlidir.

Bundan əlavə, Trampın İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə razılıq verdiyi iddiasının yalan olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO