Azyaşlını son anda xilas edən türk İngiltərədə qəhrəmana çevrildi – VİDEO

Azyaşlını son anda xilas edən türk İngiltərədə qəhrəmana çevrildi – VİDEO

Hazırda oxunan: Azyaşlını son anda xilas edən türk İngiltərədə qəhrəmana çevrildi – VİDEO

615996

İngiltərənin paytaxtı Londonun Uimbldon bölgəsində türk restoran müdiri Onur İnci qəfil yola qaçan azyaşlı qızı xilas etmək üçün özünü motosikletin qarşısına atıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, intensiv hərəkət olan küçədə ailəsinin yanında olan azyaşlı qız qəfil yola doğru qaçmağa başlayıb. Həmin vaxt sürətlə gələn motosikletin uşağa yaxınlaşdığını görən restoran müdiri Onur İnci bir an belə tərəddüd etmədən yola atılıb.

O, uşağı təhlükəsiz zonaya itələməyi bacarsa da, özünü motosiklet vurub.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub. Xəsarət almayan azyaşlı qızın ailəsi böyük panika yaşayaraq Onur İnciyə təşəkkür edib və övladlarının məhz onun sayəsində sağ qaldığını bildiriblər.

İlk müdaxilədən sonra xəstəxanaya çatdırılan İncinin müayinə zamanı çiynindən ciddi xəsarət aldığı və əməliyyat olunacağı qeyd olunub.

Yerli sakinlər baş verənləri "əsl qəhrəmanlıq nümunəsi" kimi qiymətləndiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO