Zelenskidən atəşkəslə bağlı TAPŞIRIQ

Zelenskidən atəşkəslə bağlı TAPŞIRIQ

Hazırda oxunan: Zelenskidən atəşkəslə bağlı TAPŞIRIQ

610318

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın qısamüddətli atəşkəs təklifi ilə bağlı detalların aydınlaşdırılması üçün ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlamağı tapşırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski açıqlama verib.

O bildirib ki, Ukrayna sülhə can atır və müharibənin real şəkildə başa çatması üçün zəruri diplomatik işi aparır.

“Nədən söhbət getdiyini konkret aydınlaşdıracağıq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha böyük bir şeydən? Bizim təklifimiz uzunmüddətli atəşkəsə nail olmaq, insanlar üçün etibarlı təhlükəsizliyə və davamlı sülhə zəmanət verməkdir”, - deyə Ukrayna Prezidenti bildirib.

Zelenski əlavə edib ki, Ukrayna bu məqsədlə istənilən layiqli və səmərəli formatda işləməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO