Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

610264

Son iki gündə Şimal-Qərb bölgəsində yenidən qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgə rayonlarında havanın temperaturu 7-9 dərəcəyədək enib.

Ərazilərdə fasilələrlə yağış yağır. Bölgənin yüksək dağlıq ərazilərinə qar düşüb, aran rayonlarında isə bu gün də zəif yağış müşahidə olunur. Çiskinli və dumanlı hava şəraiti hökm sürür.

Bölgədən keçən bir sıra avtomobil yollarında, əsasən Oğuz-Şəki və Qax-Zaqatala istiqamətində duman müşahidə edildiyindən sürücülərə sürət həddinə riayət etmələri tövsiyə olunur.

Verilən məlumatlara görə, hava şəraiti sabaha qədər belə davam edəcək. Növbəti gündən yağıntıların kəsiləcəyi və temperaturun yüksələcəyi gözlənilir.

 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO