Londonda kulinariya rekordu qırıldı: Kralın şərəfinə 440 metrlik desert hazırlandı

Londonda kulinariya rekordu qırıldı: Kralın şərəfinə 440 metrlik desert hazırlandı

Hazırda oxunan: Londonda kulinariya rekordu qırıldı: Kralın şərəfinə 440 metrlik desert hazırlandı

609837


Londonda dünyanın ən uzun tiramisusu (İtaliyanın məşhur deserti – red.) hazırlanıb.

Bizim.Media xəbər verir ki, ötən həftəsonu 100 italiyalı aşpaz Çelsi meriyasına toplaşaraq əvvəlki dünya rekordunu geridə qoyan nəhəng desert hazırlayıb.

Bundan əvvəl rekord Milanda “Galbani” şirkəti tərəfindən qeydə alınmışdı və həmin tiramisunun uzunluğu 273,5 metr idi.
 

Ginnesin Rekordlar Kitabının qaydalarına əsasən, rekord sayılacaq tiramisu birbaşa tədbir yerində və real vaxt rejimində hazırlanmalı idi. Nəhəng desert üçün 50 min ədəd savoyardi biskviti və 3 mindən çox yumurta istifadə olunub.


Nəticədə tiramisunun uzunluğu 440,6 metr təşkil edib. Bu göstərici yeni dünya rekordu kimi rəsmən qeydə alınıb.

Ginnesin Rekordlar Kitabının nümayəndələri nailiyyəti ertəsi gün təsdiqləyiblər.

Layihənin təşəbbüskarı Mirko Riççi daha əvvəl — 2017-ci ildə İtaliyada bu rekorda sahib olub. Lakin iki il sonra onun göstəricisi başqa komanda tərəfindən yenilənmişdi. İndi isə Riççi titulu yenidən qaytarıb — bu dəfə Londonda.

Riççi tiramisunu “İtaliyanın dünyaya bəxş etdiyi ən inanılmaz desert” adlandırıb. Onun sözlərinə görə, Böyük Britaniyanın rekord üçün məkan seçilməsi bu ölkəyə təşəkkür jesti olub.

O bildirib ki, nəhəng desertin hazırlanması həm də Kral və Britaniya kral ailəsinə həsr edilib. Tiramisunun üzəri qızılı tacla bəzədilib.

Aşpaz Karmelo Karnevale isə qeyd edib ki, rekord üçün desertin ölçüləri ciddi tələblərə cavab verməli idi. Tiramisunun hündürlüyü ən azı 8 santimetr, eni isə 15 santimetr olmalı idi.

Tiramisunun sirrindən danışan aşpaz belə deyib: “Yaxşı qəhvə, qatı krem və böyük həvəs”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO