İŞİD lideri yaralandı

İŞİD lideri yaralandı

Hazırda oxunan: İŞİD lideri yaralandı

60908
ABŞ-ın döyüş təyyarələri bu gün İraqın Əl Kərim şəhərində “İŞİD” terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirib.

Nəticədə qruplaşmanın lideri Əl Bağdadi yaralanıb. Bu barədə yerli AIN informasiya agentliyi məlumat yayıb. 

“Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirib... Mənbələrimizin məlumatına görə, Əl Bağdadi yaralanıb və o, təcili Suriyaya yola salınıb”, deyə İraq xüsusi xidmət orqanlarının nümayəndəsi agentliyə bildirib. 

Onun sözlərinə görə, zərbələr nəticəsində “İŞİD”-in bir neçə səhra komandiri ölüb. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO