Qazaxıstanda avtomobillərdə istifadə olunan telefonlar üçün çətirlər populyarlıq qazanır.
Bəzi satıcılar birbaşa olaraq aksessuarın avtomobil idarə edərkən smartfon istifadəsini gizlətməyə kömək edə biləcəyini iddia edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "NewTimes.kz" xəbər agentliyi məlumat yayıb.
Sosial mediada 990 təngəyə "telefon çətiri" təklif edən reklam yayılıb.
"Nə üçün istifadə etdiklərini soruşsanız, məsələn, taksidə işləyərkən telefonunuzdan maşında istifadə etdiyiniz zaman birbaşa günəş işığına məruz qalır. Telefonunuzu günəşdən qorumaq və həddindən artıq istiləşməsinin qarşısını almaq üçün bu çətirlərdən istifadə edirik" – reklamda bildirilir.
Eyni zamanda, reklamda aksessuardan istifadənin başqa bir məqsədi də qeyd olunur:
"Sükan arxasında olarkən telefondan istifadəni qadağan edən yeni qanun tətbiq olunub. Bu kimi vəziyyətlər üçün əla bir həlldir - çətiri taxın və telefonunuzdan rahat istifadə edin. Heç kim heç nədən şübhələnməyəcək".
Bununla da bəzi sürücülər cərimədən yayınmaq üçün yeni “hiylə”yə əl atırlar.
Satıcılar cihazın smartfonları həddindən artıq istiləşmədən qoruduğunu və xüsusilə taksi sürücüləri üçün faydalı olduğunu iddia edirlər. Modellər müxtəlif rənglərdə mövcuddur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:26 / 21.04.2026
Sürücülər cərimədən yayınmaq üçün YENİ ÜSUL tapıb – “Telefon üçün çətirlər” - VİDEO
Hazırda oxunan: Sürücülər cərimədən yayınmaq üçün YENİ ÜSUL tapıb – “Telefon üçün çətirlər” - VİDEO
Hazırda oxunan: Sürücülər cərimədən yayınmaq üçün YENİ ÜSUL tapıb – “Telefon üçün çətirlər” - VİDEO
608374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































