Bloger canlı yayım zamanı bir nəfəri bıçaqladı - VİDEO

Bloger canlı yayım zamanı bir nəfəri bıçaqladı - VİDEO

Hazırda oxunan: Bloger canlı yayım zamanı bir nəfəri bıçaqladı - VİDEO
608167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə “Karagül” ləqəbli TikTok istifadəçisi canlı yayım zamanı bir nəfərə bıçaqla hücum etdikdən sonra cinayət araşdırmasının fiqurantına çevrilib.

Hadisə baş verənlərin onlayn yayımlanması səbəbindən geniş ictimai rezonans doğurub. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Qadın hücum zamanı yayımı dayandırmayıb və baş verənləri telefonla çəkməyə davam edib. İzləyicilərin bir qisminin isə hadisə zamanı belə canlı yayımda virtual hədiyyələr göndərməsi əlavə narazılıq yaradıb.
 

Şahidlərin müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Qadın saxlanılıb, lakin polis bölməsinə aparılan vaxt da xidməti avtomobildən canlı yayımı davam etdirib.


Hüquq-mühafizə orqanları hadisənin təfərrüatları ilə bağlı araşdırmaya başlayıb. Zərərçəkənin vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir.

Qeyd olunur ki, “Karagül” daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. Onun barəsində uşaqlara qarşı mümkün zorakılıq faktı üzrə yoxlama aparılıb. Nəticədə üç uşaq dövlət himayəsinə verilib, sosial şəbəkə hesablarına giriş isə qismən məhdudlaşdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO