Ukrayna hər tərəfdən mühasirəyə alınıb - Rusiyalı diplomatlar ölkəni tərk edirlər

Ukrayna hər tərəfdən mühasirəyə alınıb - Rusiyalı diplomatlar ölkəni tərk edirlər

Hazırda oxunan: Ukrayna hər tərəfdən mühasirəyə alınıb - Rusiyalı diplomatlar ölkəni tərk edirlər
59818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna ordusu ötən gecə ölkənin hər tərəfdən mühasirəyə alındığını və rus separatçılarının şərqdə təlimlərə başladığını açıqlayıb. Rusiya diplomatlarının Ukraynanı tərk etməyə başladığı, ABŞ-ın isə bu ölkədəki vətəndaşlarına bir-bir zəng edərək “ölkəni tərk edin” dediyi öyrənilib.

Bizim.Media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Azov dənizinin tamamilə bağlandığını və onların Qara dənizə çıxışının Rusiya qüvvələri tərəfindən demək olar ki, tamamilə kəsildiyini bildirib.

ABŞ-ın Ukraynadakı səfirliyi də “Twitter” hesabında Rusiyanın hərbi təlimlər bəhanəsi ilə Ukraynanın dəniz suverenliyini məhdudlaşdırdığını əsas gətirərək:

“Rusiya Ukrayna iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən dəniz nəqliyyatını əngəlləyir”, - sözlərini paylaşıb.
Digər tərəfdən, rus diplomatların Ukraynanı tərk etməyə başladığı öyrənilib. “RİA Novosti”yə danışan bir mənbə bildirib ki, Rusiya diplomatları Ukraynanı tərk etməyə başladığı üçün xüsusilə konsulluq və səfirliklərdən görüş təyin edərkən çətinliklər yaranıb.

Mia Quliyeva, Bizim.Media

Ukrayna hər tərəfdən mühasirəyə alınıb - Rusiyalı diplomatlar ölkəni tərk edirlər - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO