Bu ölkədə dövlət qulluqçuları ayağa qalxdı

Bu ölkədə dövlət qulluqçuları ayağa qalxdı

Hazırda oxunan: Bu ölkədə dövlət qulluqçuları ayağa qalxdı

59397
Italiyada dövlət sektorunda çalışan yüz minlərlə işçi paytaxt Romaya axışaraq hökümətin “əmək islahatları” planına qarşı etiraz edib. 

Məlumata görə, kütləvi nümayiş İtaliyanın ən böyük həmkarlar ittifaqı olan İtaliya Baş Əmək Konfederasiyası tərəfindən təşkil olunub. İşçiləri narazı salan İtaliyanın baş nazir Matteo Renzinin bu yaxınlarda əmək sistemi ilə bağlı təklif etdiyi tədbirlər paketi olub. 

Tədbirlə paketində büdcə xərclərinin azaldılması üçün işsizlik müavinətlərinin və bir sıra iş yerlərinin ixtisarı nəzərdə tutulur. Yeni tədbirlər paketində italiyanları narazı salan digər məqam, işə götürənlərin işçiləri bundan sonra asanlıqla işdən qova bilməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO