İran Prezidenti qızların üzünü turşu ilə yandıranla bağlı göstəriş verdi

İran Prezidenti qızların üzünü turşu ilə yandıranla bağlı göstəriş verdi

Hazırda oxunan: İran Prezidenti qızların üzünü turşu ilə yandıranla bağlı göstəriş verdi

59203
İran Prezidenti Həsən Ruhani ölkənin İsfahan şəhərində qızların üzünü turşu ilə yandıranların tezliklə tapılmasına dair göstəriş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agetnliyi xəbər verir.
 
H.Ruhani İranın Təhlükəsizlik, Daxili İşlər və Ədliyyə nazirliklərinə İsfahanda qızların üzünü turşu ilə yandıranların tapılması işlərini tezləşdirməyi tapşırıb və həmin şəxslərin tutulub cəzalandırılmasını istəyib.
 
Prezident həmçinin ölkənin Nazirlər Kabinetinə göstəriş verib ki, bazar günü keçiriləcək iclasda bu məsələni gündəliyə daxil etsin və adıçəkilən 3 nazirliyin bu istiqamətdə gördükləri işləri araşdırsın.
 
Qeyd edək ki, bir müddət öncə İranın İsfahan şəhərində naməlum şəxslər 4 qadına turşu ilə hücum edib. Hücuma məruz qalan qadınların gözləri, üzləri və əlləri yanıb. Bu hadisədən sonra İranın İsfahan şəhərində etiraz aksiyaları keçirilib. Xalq qızların üzünə turşu atan şəxslərin cəzalandırılmasını tələb edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO