Orduda it üstündə dava düşdü

Orduda it üstündə dava düşdü

Hazırda oxunan: Orduda it üstündə dava düşdü

58916
Türkiyənin Ordu şəhərinin Aybastı mahalında it döyüşü zamanı çıxan davada 1 nəfər ölüb.

Moderator.az -ın türk mətbuatına istinadən verdiyi məlumata görə, hadisə qoyun otaran çobanla mahaldakı digər bir şəxs arasında baş verib. Belə ki, itlərini dalaşdıran iki şəxs sonradan mübahisə ediblər.

Müzakirənin qızışmasından sonra isə çobanla digər şəxs və onun dostu arasında əlbəyaxa dava olub. Dalaşanlardan biri çobanın üzərinə bıçaq çəkərək hədələməyə başlayıb. Bundan sonra çoban tapancasını çıxararaq atəş açıb.

Nəticədə, dalaşanlardan biri yerindəcə dünyasını dəyişib, digəri isə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra cinayət işi açılıb və çoban saxlanılaraq həbsxanaya göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO