ANS PRESS-in məlumatına görə, dəyirmi masada İtaliyanın Baş naziri Matteo Rençi, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, Avropa Parlamentinin sədri Herman Van Rompey, Almaniya kansleri Anqela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, eləcə də Fransa, Rusiya və Ukrayna prezidentləri iştirak edib.
Ukrayna münaqişəsinin müzakirə edildiyi dəyirmi masadan əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında işgüzar qəlyanaltı olub. Putin-Poroşenko görüşündə də əsas müzakirə mövzusu Ukraynadakı silahlı münaqişənin həlli yolları olub. Minskdə əldə olunmuş atəşkəs razılaşmasının yerinə yetirilməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları da müzakirə edilib.





































































































