İtaliyada pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb

İtaliyada pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb

Hazırda oxunan: İtaliyada pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb

582570
İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb.
 
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Agentliyin məlumatına görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
 
"La Repubblica" yazır ki, xəsarət halları Neapol və Milanda qeydə alınıb.
 
İtaliyanın bir sıra şəhərlərində hakimiyyət insidentlərin qarşısını almaq Yeni il atəşfəşanlığını qadağan edib, lakin bir çox yerli sakinlər qadağalara əməl etməyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO