Şou zamanı faciə yaşandı:  3 ölü, 15 yaralı - VİDEO

Şou zamanı faciə yaşandı: 3 ölü, 15 yaralı - VİDEO

Hazırda oxunan: Şou zamanı faciə yaşandı: 3 ölü, 15 yaralı - VİDEO

56649
Hadisə Hollandiyada baş verib
Minik maşınlarının üzərindən keçərək şou göstərirdi. Ancaq əyləncəli nümayiş faciə ilə bitdi.

Hollandiyanın Haaksberqen qəsəbəsində keçirilən festivalda idarəetməni itirən yük maşınının sürücüsü onu insanların üzərinə sürüb. Qəzada 1-i uşaq olmaqla 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə tamaşaçılar tərəfindən lentə alınıb. Dəhşətli anlar yük maşınının altında qalan insanların kamerasında bu cür əks olunub.

İddialara görə, avtomobillərin üzərindən keçərkən yük maşınının əyləc sistemi boşalıb. Digər bir versiyaya görə, qaz pedalı basılmış vəziyyətdə qalıb. Adı açıqlanmayan sürücü polis tərəfindən saxlanılıb. (xezerxeber)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO