“Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb

“Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb

Hazırda oxunan: “Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb
56315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Analitiklərin pessimist proqnozuna və “Samsung”un səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.
 
 
Bu gün “Samsung Galaxy Note 4” fabletinin satışlarına start münasibəti ilə tədbirdə çıxış etmiş “Samsung”un mobil bölməsinin marketinq və satış bölməsinin direktoru Li Don-Cu belə bəyanatla çıxış edib. Top-menecer bildirib ki, yeni aparata tələbat əvvəlki modellərlə müqayisədə yüksək olmalıdır, xeyli sayda ilkin sifariş edilməsi buna əyani sübutdur.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Li Don-Cu deyib ki, başqa istehsalçıların 5-6 düymlük smartfonları öz praktikliyi ilə “S Pen” elektron qələmi ilə təchiz olunmuş “Galaxy Note 4” ilə müqayisə oluna bilməz.
 
 
Bundan başqa, yeni aparat 2560x1440 piksel təsvir ölçülü 5.7 düymlük  “Super AMOLED” ekran, 3 QB əməli və 32 QB daxili yaddaş, 16 meqapiksellik əsas və 3,7 meqapiksellik ön kameralar, həmçinin sürətli enerjidoldurma texnologiyasına malik 3220 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Aparata “Android 4.4.3” əməliyyat sistemi quraşdırılıb, aparat hissəsindən modifikasiyadan asılı olaraq “Qualcomm Snapdragon 805” və “Samsung Exynos 5433” prosessorları cavabdehlik daşıyır.
 
“Samsung Galaxy Note 4” sentyabrın 25-də ilk öncə Cənubi Koreya və Çində satışa çıxarılacaq. Oktyabrın sonuna kimi model daha 140 ölkənin bazarında əlçatan olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO