Erməni polis hiddətləndirdi

Erməni polis hiddətləndirdi

Hazırda oxunan: Erməni polis hiddətləndirdi
55543
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ermənistanın polis rəisi Vladimir Qasparyanın müxalifətin və etiraz aksiyalarına qoşulmaq istəyənlər barədə bir müddət öncəki çıxışı ölkədə çoxlarını hiddətləndirdi. 

Qeyd edək ki, polis isti payız üçün soyuq duşu olduğunu demişdi. Yox əgər bu kömək olmasa o mitinqə toplaşanlar üçün daha qızmar payız təşkil edəcək. 

"Polis rəisi özünün siyasi proseslərə müdaxiləsini nümayiş etdirdi. Bu isə yolverilməzdir". Bunu isə Ermənistanın beynəlxalq və müdafiə məsələləri istitutunun rəhbəri Stepan Safaryan deyib. Onun fikrincə, polis rəisi mitinq iştirakçılarına özləriuni qanunlara uyğun aparmaq barədə müraciət etməli idi, hədəməli yox. 

"Özünün - əgər qızmar payız istəyirsinizsə mən sizə onu daha da qızmar etməyi göstərərək kimi bəyanatı ilə Qasparyan bütün səddləri aşıb. Bu isə o deməkdir ki, polis rəisi özünün siyasi proseslərdə iştirakını normal hal hesab edir. Mən şəxsən bunu qəbul etmirəm". 

Bununla belə Ermənistanda gözlənilən aksiyalar və konsitutsion islahatların qəbulu ərəfəsində vəziyyət get-gedə gərginləşir. 

Müxalifət liderlərindən olan "Milli müqəddəratını təyinetmə" birliyinin rəhbəri Paruyr Ayrikyan da bir daha bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan islahat prosesinə gələcəkdə özünə baş nazir postunu təmin etmək üçün təşəbbüskarlıq edir. 

"Levon Ter Petrosyan, Robert Koçaryan,Serj Sarkisyan - bunlar bir komandanın insanlarıdır. Onlar siyasətə biznes kimi yanaşırlar. Siyasi arenada da öz şəxsi maraqları üçün çıxış edirlər. Ermənistana isə ilk növbədə xalqın rifahını düşünən lider lazımdır". (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO