İŞİD haqqında şok iddia

İŞİD haqqında şok iddia

Hazırda oxunan: İŞİD haqqında şok iddia

52312
İslam Dövləti (əvvəlki adı İraq Şam İslam Dövləti - İŞİD) terror qruplaşması haqqında daha bir neçə şok iddia ortaya atılıb. 

ANS PRESS-in məlumatına görə, alman xəbər saytlarında İraqda və Yaxın Şərqdə terror aktları həyata keçirən İŞİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO tərəfindən qurulduğu və dəstəkləndiyi iddia olunub. 

“İŞİD ABŞ MKİ (CIA) və NATO-nun qurduğu bir təşkilatdır. İŞİD-in ən vacib adamlarının 2012-ci ildə İordaniyadakı düşərgələrdə CIA və ABŞ xüsusi hərbi qüvvələri tərəfindən yetişdirilmiş olduğunu iordaniyalı nümayəndələr açıqlamışdı. İŞİD üzvlərinin ABŞ pasportu var. Onlar ABŞ və NATO-nun planı ilə istədikləri ölkələrdə rejimi dəyişdirmək üçün istifadə edilir. Əsədə qarşı vuruşan müxaliflərə də NATO-nun silah dəstəyi etdiyi diqqət çəkmişdi” ”“ deyə alman saytları İŞİD-in fəaliyyəti ilə bağlı şok iddia irəli sürüb. 

Onu da qeyd edək ki, İŞİD lideri Əbu Bəkr əl Bağdadinin (əsl adı İbrahim al Badri) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti və İsrailin Kəşfiyyat oqranı olan Mossadın poliqonlarında dəfələrlə təlimlər aldığını iddia edən qaçaq ABŞ agenti Edvard Snouden isə bu dəfə terror qruplaşmasının arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının durduğunu açıqlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO