Türkiyənin yeni  baş naziri kim olacaq?

Türkiyənin yeni baş naziri kim olacaq?

Hazırda oxunan: Türkiyənin yeni baş naziri kim olacaq?

49210

Tayyib Ərdoğanın prezident seçilməsi halında AKP-də yeni bir dönəm başlayacaq.  Əgər Ərdoğan seçkilərin birinci turu  prezident seçilərsə, 28 avqusta qədər partiyanın başında qalacaq.  O, prezident kreslosuna oturmaq  üçün and içmə  mərasiminə qədər baş nazir vəzifəsindən və AKP başqanlığından  istefa verməlidir. Məhz AKP-də ciddi dəyişiklər də bundan sonra başlayacaq.

Bəs boşalan baş nazirlik kürsüsünə kim oturacaq?  

Moderator.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Ərdoğanın namizədliyi rəsmi olaraq açıqlandıqdan sonra bu istiqamətdə  hərəkətlilik artmaqdadır.   Baş nazirlik postuna  və partiya başqanlığına gətirilə biləcək  bir neçə  nəfərin adı  müxtəlif dairələrdə hallanmaqdadır. Habertürkün  xəbərinə görə  baş nazir  və AKP başqanlığına gətirilə biləcək əsas namizədlər arasında keçmiş  Nəqliyyat, Dənizçilik və Kimlik naziri Binəli Yıldırımın, sədr müavini Mehmet Ali Şahinin, Abdullah Gülün,  Bülent Arınçın və Bəşir Atalayın adları hallanır.

Türkiyə prezidenti Abdullah Gülün partiyanın başına keçməsi üçün 45 gün içində qurultay keçiriləcəyi mümkün görünür. Gülün baş nazir olacağı təqdirdə ya erkən seçki keçirilməli, ya da 2015 seçkilərində namizəd olaraq millət vəkili seçilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO