Lavrovu əsəbləşdirdilər

Lavrovu əsəbləşdirdilər

Hazırda oxunan: Lavrovu əsəbləşdirdilər

48654
"Rusiya Federasiyası daima Azərbaycan və Ermənistanın dövlət işçiləri arasında birbaşa dialoqun davam etdirilməsinə çalışacaq". Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla İrəvanda birgə mətbuat konfransı keçirən rusiyalı nazir Sergey Lavrov deyib. 
Onun sözlərinə görə, Moskva tərəfləri Qarabağ münaqişəsinin həllinə yaxınlaşdıracaq bütün cəhdləri dəstəkləyir. 
Mətbuat konfransında qəfildən kiçik qalmaqal düşüb. 
Belə ki, jurnalistlərdən biri Ermənistan XİN rəhbərinə son zamanlar Türkiyə və Rusiya arasındakı yaxşı münasibətlərdən istifadə edərək Moskvanın türk-erməni münasibətlərinin yaxşılaşmasına yardımçı ola bilib-bilməyəcəyini soruşub. Serqey Lavrov buna dərhal reaksiya verib. "Siz niyə Rusiyanın edə biləcəklərini Ermənistanın XİN rəhbərindən soruşursunuz?".
Bununla yanaşı ekspertlər bir məqama diqqət yetirilər. Belə ki, mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olub-olomayacağı ilə bağlı mövzu demək olar ki, müzakirə edilməyib. 
Amma X gününə, daha doğrusu 1 iyula bir neçə gün qalıb. Ancaq qeyd edilib ki, Moskva Ermənistanın bu quruma daxil olmaq səylərini dəstəkləyir. 
Amma ora necə girməli? İşğal edilən Dağlıq Qarabağla ya onsuz? 
Bir çox politoloqlar hesab edirlər ki, bir neçə "Qarabağı kimi problemi" olan Moskvanın dəstəyinə baxmayaraq çətin ki, Astana və Minsk Ermənistanın işğal edilən torpaqlarla Avrasiya İqtisadi Birliyinin üzvi olmaq arzusunu dəstəkləsin. 
Vaxta çox az qalıb və iyulun əvvəlində biz bu barədə biləcəyik. (ANS PRESS)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO