Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Hazırda oxunan: Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

608841

Ümumi təhsil müəssisələrində şagirdlərin yoxlanılmasına başlanılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq bununla bağlı bir sıra məktəblərdə valideynlərə müraciət də edilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır


Müraciətdə "Şagirdlərimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir” sloqanı qeyd olunub.

Onlar valideynləri diqqətli olmağa, övladlarının çantalarını yoxlamağa, onların sosial media davranışlarına, dost çevrəsinə nəzarət etməyə çağırıb. Valideynlərə övladlarının davranışındakı dəyişikliyi müşahidə etmək və vaxtında müdaxilə olunması tövsiyə olunub.


Yoxlamalarda şagirdlərin çantalarında istifadəsi qadağan olunmuş əşyaların olub-olmaması araşdırılır.

Qeyd edək ki, son günlər məktbələrdə şagirdlər arasında insidentlər artıb.

Bir neçə gün öncə Bakda 286 nömrəli orta məktəbdə 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Şagirdin spirti termosun içərisində məktəbə keçirdiyi haqqında məlumat yayılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO