Donetskdə döyüşlər: 200 ölü -VİDEO

Donetskdə döyüşlər: 200 ölü -VİDEO

Hazırda oxunan: Donetskdə döyüşlər: 200 ölü -VİDEO

46896
Donetsk vilayətində separatçılarla ordu qüvvələri arasında gedən döyüşlərdə ölənlərin sayı durmadan artır. ANS PRESS-in məlumatına görə, Donetsk hava limanı və onun ətrafında gedən döyüşlərdə 200 separatçının öldürüldüyü bildirilir.
Ukrayna Hrəbi Hava Qüvvələri əraziyə helikopterlər və qırıcılar göndərib. Separatçıların məntəqələri havadan bombalanır. Döyüşlər artıq vilayətin mərkəz hissələrinə də davam edir. Burada dinc sakinlər arasında da ölən və yaralananlar var.
Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib ki, Donetsk beynəlxalq hava limanı güc strukturlarının nəzarəti altındadır.
Donbass qubernatoru komendat saatı elan edib. Sakinlərə gecə saat 23:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan edilib. Slavyansk şəhərində isə 3 dinc sakin döyüşlərin qurbanı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO