Yanukoviçi devirdilər; Timoşenko həbsdən Maydana gəldi FOTO, VİDEO

Yanukoviçi devirdilər; Timoşenko həbsdən Maydana gəldi FOTO, VİDEO

Hazırda oxunan: Yanukoviçi devirdilər; Timoşenko həbsdən Maydana gəldi FOTO, VİDEO

42132
AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində Ukraynadakı inqilabdan yazıb. Həmin statusu təqdim edirik:  
 
"Ukrayna inqilabının tam və qəti qələbəsi münasibətilə demokratik dəyişiklik tərəfdarı olan bütün azərbaycanlıları təbrik edirəm. Ukrayna nümunəsi bir daha sübut etdi ki, nə kütləvi həbslər, nə də zor tətbiqi artıq vaxtı keçmiş feodal diktaturalarını qorumaq iqtidarında deyil. Tam əksinə, xalqın qanını tökən, xalqına silah qaldıran liderlər bununla da öz dəhşətli məğlubiyyətlərini təmin etmiş olurlar. Sona yaxın diktatorların hamısı xalqın təmsilçiləri ilə dialoqa gedib, öz sabahlarını təmin etməyə çalışırlar, amma bu addımı çox vaxt vaxtında atmırlar, sonra da gec olur. İlham Əliyev də baş verənlərdən nəticə çıxarmalıdır".
 
***
00:57
Ukrayna sərhəd xidmətinin məlumatına görə, Donetsk hava limanından Yanukoviçin də olduğu təyyarənin havaya qalxmasına imkan verilməyib. Məlumata görə, təyyarəni yoxlamağa gələn nəzarətçilərə bir qrup silahlı şəxs pul müqabilində təyyarənin havaya qalxmasına icazə verilməsini istəyib. Lakin onların bu istəyinə rədd cavabı verilib. Bundan sonra Yanukoviç hava limanının ərazisini tərk edib.

00:49
Ukraynanın istefaya göndərilmiş daxili işlər naziri Vitali Zaxarçenko Donetsk hava limanına buraxılmayıb. Keçmiş nazir çarter reysi ilə ölkəni tərk etməyə çalışıb. Lakin sənədləri qaydasında olmadığından sərhədçilər tərəfindən saxlanılıb. Bir müddət əvvəl isə onun Belarusa getdiyi xəbəri yayılmışdı.

23.25

Yuliya Timoşenko Maydana çatıb və 50 mindən çox aksiyaçı qarşısında çıxış edib. Keçmiş baş nazir səhnəyə əlil arabasında çıxıb.

Timoşenko Ukrayna xalqının etdiyini qəhrəmanlıq adlandırıb. Timoşenkonun çıxışından bəzi hissələri təqdim edirik:

Biz Yanukoviçi və onun ətrafına yığılmış əclafların hamısını Maydana gətirməliyik.

Kimsə sizə desə ki, evinizə dağılışın, burda sizing üçün hər şey ediləcək, ona inanmayın. Siz inandığınız şəxsləri hakimiyyətdə görənədək burda dayana bilərsiniz.

Ukraynada nəzərdə tutulan dəyişik başa çatmayınca Maydanı tərk etməyə haqqınız yoxdur. Geriyə bir addım da atmayın.

Snayperlər güllələri ölən balalarımızın ürəyinə sıxanda, onu hər birimizin ürəyinə sıxmışdı. Əgər bunu təşkil edənlər və yerinə yetirənlər ən sərt şəkildə cəzalandırılmasa, biz heç nəyi qoruya bilməyəcəyik. Əgər biz onlara məsuliyyətdən yayınmaq imkanı verəcəyiksə, bizim qəhrəmanların ürəyinə güllə sıxanları bağışlayacağıqsa, bu, əbədi rüsvayçılıq olacaq.

Mən sizin bütün tələblərinizin yerinə yetirilməsinin qarantı olacam.

Ukraynanın bütövlüyünü qorumaq zəruridir. Ölkənin parçalanmasına heç bir halda imkan vermək olmaz. Ukrayna ayrı-ayrı quberniyalara bölünməməlidir.

Bu gündən Ukraynalılar yeni siyasətçilər görəcəklər. Mən sizi bir daha kimsənin satmaması üçün qarant olacam. Pərdə arxasında nələrin baş verdiyini bilməniz üçün qarant olacam.

Mən sizin qarşınızda bütün siyasətçilər adından üzrxahlıq etmək istəyirəm. Onlar sizə layiq olmadılar. İstəyirəm ki, siz başqa cür siyasətçilər, məmurlar görəsiniz, sizin qürurunuz ölkənin yeni hökuməti üçün əsas olsun...

22.54

Yuliya Timoşenko etirazların dağıdılması zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək üçün Qruçevski meydanına gəlib. Tərəfdarları hərəkət etməyə çətinlik çəkən keçmiş baş naziri əllərində tutub. 

21.52

Yuliya Timoşenkonun olduğu təyyarə bu dəqiqələrdə Kiyevə çatıb. Onun yaxın vaxtda Maydana çatacağı gözlənilir. bundan əvvəl isə o qırğın zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək üçün Qruşevski meydanına gedib. 

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko fevralın 22-i axşam saatlarında Xarkovda saxlandığı həbsxanadan azad edilərək, əvvəlcə xəstəxanaya aparılıb, oradan isə təyyarə ilə Kiyevə yola salınıb. Timoşenkonun Kiyevdə birbaşa Maydana gedəcəyi gözlənilir.

Ukrayna KİV-in yaydığı məlumata görə, keçmiş baş nazirin azadlığa çıxarkən dediyi ilk sözlər bu olub: “Bu gündən etibarən Ukrayna mənim kimi, Günəşi və aydın səmanı görə biləcək. Çünki ölkədəki diktatura süqut etdi. O, siyasilərin, diplomatların deyil, öz hüquqları, ailələri və ölkələri naminə meydana çıxan insanların sayəsində süqut etdi. Ölkəmizin igid övladları bizim xoşbəxt yaşamamız üçün canlarından keçdilər. Onların bir damla qanının belə hədər getməməsi üçün hamımızın qarşında böyük vəzifə durur”.

Timoşenko prezident seçkilərinə qatılacağını da bəyan edib.

20.24
 
Böyük Britaniyanın və Almaniyanın xarici işlər nazirləri Ukraynanın yeni hökumətini dəstəkləməklə bağlı razılığa gəliblər. Razılığa görə, Ukraynaya Beynəlxalq Valyuta Fondundan maliyyə yardımının alınması üçün köməklik ediləcək. Bu informasiyanı Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq Twitter ünvanında paylaşıb. 
 
20.00

Xarkovun meri Gennadiy Kernes və vilayətin qubernatoru Mixail Dobkin Rusiyaya qaçıblar. Bu barədə məlumatı yeni təyin olunan daxili işlər naziri Arsen Avakov facebook ünvanında paylaşıb.

19.50

Ali Radanın başqa bir qərarı ilə Vladimir Zaman Ukraynanın yeni müdafiə naziri təyin olunub. Bu qərara 306 deputat səs verib. 

19.49

Timoşenko Xarkovda saxlanıldığı xəstəxanadan buraxıldı. Hazırda sabiq baş nazirin Maydana istiqamət aldığı deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO