“Diplomat” qəzetinin
kürdəsilli baş redaktoru Tahir Süleymanın Moderator.az-a verdiyi məlumata əsasən,
Türkiyədə kürdlərə mənsub olan BDP sədri Səlahəddin Dəmirtaş və onunla gedən
heyət, YNK-nin dəvəti ilə Federativ Kürdüstan Bölgəsinin Süleymaniyə şəhərinə
gedəcəklər.
BDP heyətində Dəmirtaşla birgə, Qars millət vəkili Mülkiyə
Birtanə və Van millət vəkili Nazmi Gür də olacaq. Ziyarətin bu gün maşınla gerçəkləşdiriləcəyi
bildirilir.
Məsələ ilə bağlı media nümayəndələrinin suallarına cavab verən
Dəmirtaş 2 gün boyunca bir sıra görüşlər keçirəcəklərini soylədi. YNK-nin
Xarici Əlaqələr Sorumlusu Molla Bəxtiyarın dəvəti ilə Kürdüstanın Süleymaniyə şəhərinə
gedəcəklərini deyən Dəmirtaş son dönəmdəki görüşlərdə Kürd təşkilat və siyasilər
arasında yaşanan sıxıntının, anlaşılmazlığın dəyərləndirilməsi, kürdlər
arasındaki milli birliyin möhkəmləndirilməsi gündəmlərində olduğunu bildirdi.




































































































