Dünyanın sonunun dəqiq tarixi AÇIQLANDI

Dünyanın sonunun dəqiq tarixi AÇIQLANDI

Hazırda oxunan: Dünyanın sonunun dəqiq tarixi AÇIQLANDI
273471
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənubi Afrika Respublikasından olan vaiz Coşua Mxlakela dünyanın sonunun yeni tarixini proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, əvvəlcə Mxlakela iddia edirdi ki, dünyanın sonu sentyabrda olacaq.

Onun sözlərinə görə, İsa Məsih ona görünüb və ikinci gəlişin yəhudilərin Roş-Ha-Şana bayramı zamanı - sentyabrın 23 və 24-də baş tutacağını bildirib.

Vəd edilən apokalipsis baş tutmadı, lakin Mxlakela öz sözlərindən imtina etmir. O hələ də hesab edir ki, bu baş verəcək, sadəcə tarixin şərhində səhv olub. Vaizin fikrincə, Məsih bu tarixi köhnə təqvimə, yəni Yuliyan təqviminə görə söyləmiş ola bilər.

Yuliyan təqvimi hazırda istifadə olunan təqvimdən 13 gün geri qaldığı üçün, köhnə təqvimlə sentyabrın 23 və 24-ü oktyabrın əvvəlinə təsadüf edəcək.

"Həqiqi Roş-Ha-Şana bayramı oktyabrın 7 və 8-i olacaq. Mən bundan bir milyard faiz əminəm", - Mxlakela bildirib. (teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO