ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla yeni görüş imkanlarını müzakirə edir. Bunu Tramp Ağ Evdə Cənubi Koreya başçısı Mun Çje İnlə görüşdən öncə bildirib.
"ABŞ KXDR-də humanitar layihələrin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə qarşı deyil. Biz bəzi humanitar layihələrini indi müzakirə edirik və buna etiraz etmirəm. Fikrimcə, buna qarşı etiraz etmək lazım deyil", - deyə ABŞ prezidenti bildirib.
Cənubi Koreya prezidenti, öz növbəsində, ABŞ və KXDR liderləri arasında üçüncü sammitin vacibliyini vurğulayıb.



































































































