Prokuror Trampın

Prokuror Trampın "Rusiyaya işləməsi"nə dair heç nə tapa bilmədi, amma...

Hazırda oxunan: Prokuror Trampın "Rusiyaya işləməsi"nə dair heç nə tapa bilmədi, amma...

264158
ABŞ prezidenti Donald Trampın prezident seçkilərində Rusiya ilə hər hansı əlaqəsi tapılmayıb.xa0

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, iki illik təhqiqatın nəticəsində xüsusi prokuror Robert Müller Donald Trampla Rusiya arasında heç bir əlaqə tapa bilməyib. Bu haqda material Nümayəndələr palatası komitəsinin saytında yayılıb.

ABŞ -ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin məruzəsi haqqında hesabatını Konqresə təqdim edib. Hesabatda göstərilir ki, Donald Tramp və onun seçkiqabağı kampaniyasında iştirak edən adamlarının Rusiya ilə 2016-cı il seçkilərinə təsir təsir etmək cəhdlərinin koordinasiyası haqqında prokuror sübutlar tapa bilməyib.


Bununla belə, təhqiqatın yekunları ilə əlaqədar ABC News telekanalına müsahibə verən Konqresin nümayəndələr palatasının kəşfiyyat üsrə komitəsinin başçısı Adam Şiff bildirib ki, bu hələ Trampın impiçment məsələsini aradan qaldırmayıb. “Onun impiçment edilməsi üçün günahları çoxdur”- demokrat konqresmen belə söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO