Nurməhəmmədovun meneceri həbs olundu -  YENİLƏNİB

Nurməhəmmədovun meneceri həbs olundu - YENİLƏNİB

Hazırda oxunan: Nurməhəmmədovun meneceri həbs olundu - YENİLƏNİB

242833
Polis irlandiyalı Konor Makqreqorla döyüşdən sonra rusiyalı idmançı Həbib Nurməhəmmədovun komandasının həbs etdiyi üç üzvünü azad edib.

Bunu UFC başçısı Deyn Uayt bildirib.

Xatırladaq ki, UFC 229 turniri çərçivəsində Las-Veqasda baş tutan döyüş Həbib

Nurməhəmmədovun qələbəsi ilə başa çatıb və o, yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra rusiyalı rinq ətrafına toplaşan azarkeşlər və rəqib komandasının üzvləri ilə dalaşıb. Davada hər iki idmançının komanda üzvləri iştirak edib.

***

Yüngül çəkidə UFC çempionu titulunu qazanan Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov ABŞ polisi tərəfindən həbs edilib.

Buna səbəb Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında UFC 229 turniri çərçivəsində baş tutan döyüşdən sonra meydana gələn dava olub.

Qarşıdurmada hər iki idmançının komanda üzvləri iştirak edib.xa0

Menecerin və Nurməhəmmədovun komandasının daha bir üzvünün hansı səbəbdən saxlanılması barədə məlumat verilmir.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO