Türkiyənin raket qurğusu Ginnesin rekordlar kitabına düşdü

Türkiyənin raket qurğusu Ginnesin rekordlar kitabına düşdü

Hazırda oxunan: Türkiyənin raket qurğusu Ginnesin rekordlar kitabına düşdü

237738
Türkiyənin “Roketsan” müdafiə şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin sifarişi ilə hazırlanmış “Jobaria” raket qurğusu dünyanın ən çox lüləsi olan artilleriya sistemi kimi Ginnesin rekordlar kitabına daxil edilib.

Yaylım atəşi sistemi 4 buraxılış qurğusundan ibarətdir. Hər bir qurğu 122 millimetrlik 60 reaktiv mərmiyə hesablanıb. Bu isə o deməkdir ki, sistem ümumilikdə 240 mərmidən atəş açmağa qadirdir.

Artilleriya qurğusu 39 kilometr məsafədə hədəfləri məhv edə bilir.

Hələlik bu qurğuların istehsal sayı və digər ölkələrə satılmaq imkanları barədə məlumat yoxdur.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO