Rusiyanın hava hücumundan müdafiə sistemi tam yeni silahla təchiz olunacaq.
Sözügedən silah yeni fizika prinsipləri əsasında yaradılacaq.xa0
Rusiyalı general Aleksandr Leonov bildirib ki, hazırda mütəxəssislər tərəfindən bir sıra layihələr hazırlanır:xa0
“Vaxt gələcək və bunların hamısı nümayiş olunacaq”.
General həmçinin qeyd edib ki, ötən əsrin 90-cı illərinin sonunda Rusiyanın hava hücumundan müdafiə sistemi keyfiyyətinə görə Qərb ölkələrinin analoqlarını 10 il qabaqlayırdı.(Oxu.Az)




































































































