
- A-
- A
- A+
Dünya
18:50 / 02.03.2025
1 dəq oxunma
Xamenei Pezeşkianın ABŞ-la dialoquna İCAZƏ VERMƏYİB? - VİDEO
Hazırda oxunan: Xamenei Pezeşkianın ABŞ-la dialoquna İCAZƏ VERMƏYİB? - VİDEO
237331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İran prezidenti Məsud Pezeşkian nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olub, lakin İslam Respublikasının lideri Ayətullah Əli Xamenei buna qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA agentliyi Pezeşkianın ölkə parlamentindəki çıxışından sitat gətirib.
"Düşündüm ki, dialoqa girmək daha yaxşıdır, amma Ali Rəhbər dedi ki, biz ABŞ-la danışmayacağıq", - Pezeşkian deyib.
İran prezidenti bildirib ki, ölkə hakimiyyətinin siyasəti ali rəhbərin mövqeyi ilə uyğun olmalıdır.
Fevralın əvvəlində ayətullah Xamenei ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə İranın nüvə proqramını müzakirə etməkdən imtina edərək, Vaşinqtonla danışıqların “ağılsızlıq” olduğunu qeyd edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































