Müsəlman həkimlər məzuniyyət dövründə insanları pulsuz müalicə edəcək -İBRƏTAMİZ

Müsəlman həkimlər məzuniyyət dövründə insanları pulsuz müalicə edəcək -İBRƏTAMİZ

Hazırda oxunan: Müsəlman həkimlər məzuniyyət dövründə insanları pulsuz müalicə edəcək -İBRƏTAMİZ

234346

Amerika Birləşmiş Ştatlarının Ist Lansinq şəhərindən olan doktorlarxa0 məzuniyyət dövrlərində insanları pulsuz müalicə məqsədilə Suriyalı qaçqınların İordaniyadakıxa0 düşərgəsinə yollanıblar.xa0

Moderator.azxa0 bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. xa038 yaşlı oftalmoloq Əhməd əl- Sahuri və onun həyat yoldaşı – 32 yaşlı diş həkimi Ayya Zəki - müharibənin viran qoyduğu Suriyadan təxminən 1,6 milyon adamın qaçdığı İordaniyadakı 6 günlük humanitar proqrama qatılacaq. Aksiyada iştirak etmək üçün cütlük məzuniyyət götürüb.xa0Onlar səyahət xərclərini özləri ödəyib və hətta özlərinin İordaniyada lazım ola biləcək alət və dərmanlarını da götürüblər.

Ə. Əl-Sahuri diabetik retinopatiyanı müalicə edəcəkdir.xa0“Bu patologiya ilə məşğul olunmazsa,xa0 korluğa səbəb ola bilər”, – xa0Lansinqdə göz klinikasında çalışan Əhməd deyir.
Ayya Zəki isə Lansinq Ailə Stomatologiya klinikasında çalışır.xa0Daha əvvəl Miçiqanın stomatologiya xəstəxanalarında işləyib və burada bütün ştatdan olan aşağı gəlirli xəstələri müalicə edib.xa0İordaniyada isə Ayya uşaqları müalicə etməyi planlaşdırır. “Digər insanlara kömək etmək məni xoşbəxt edir. Birinin həyatına təsir etdiyini hiss edirsən. Bu, çox vacibdir “ –doktor Zəki belə deyir.
P.S. Amerikalı həkimlər də nə ilə öyünür; Azərbaycanın dövlət xəstəxanalarındakı həkimlərimiz xəstələri ilboyu pulsuz müayinə və müalicə edirlər...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO