Ərəb koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə Yəmən sərhədində "texniki nasazlıq" səbəbindən qəzaya uğrayıb.
Təyyarənin 2 pilotu sağ qalıb.xa0
Koalisiya nümayəndəsi Türki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus “Tornado” tipli hərbi təyyarənin təlim uçuşundan qayıdarkən texniki nasazlıq səbəbindən qəzaya uğradığını deyib.xa0
Daha öncə “Əl-Məyadin” telekanalı bəyan etmişdi ki, ərəb koalisiyasının təyyarəsi Səada əyalətində şiə qiyamçıların mövqelərinə həmlədən sonra qəzaya uğrayıb.(oxu.az)



































































































