İsrail kəşfiyyatı İranın gizli nüvə arxivini ələ keçirdi

İsrail kəşfiyyatı İranın gizli nüvə arxivini ələ keçirdi

Hazırda oxunan: İsrail kəşfiyyatı İranın gizli nüvə arxivini ələ keçirdi

223395
İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin İranın nüvə proqramını dondurması ilə bağlı yalanını üzə çıxaran “gizli sənədlər” aşkarladığını bildirib.

Baş nazir bir neçə həftə əvvəl Tehranda gizli binada saxlanılan İranın nüvə arxivinin yarımtonluq sənədlərinin İsrail hökumətində olduğunu deyib. İsrail kəşfiyyatı 55 min səhifədən ibarət nüvə sənədlərini, 55 min fayl, 183 ədəd kompakt-diski ələ keçirib. Sənədlərdə əslində İranın nüvə proqramına davam etməsi görünür.xa0

Qeyd edək ki, İran 2015-ci ildə ona tətbiq edilən sanksiyaların azaldılması müqabilində özünün nüvə proqramını dondurmağı qəbul etmişdi. Rəsmi Tehran proqramın hədəfinin yalnız sülh məqsədləri üçün nüvə enerjisi əldə etmək olduğunu təkid edirdi.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO