Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək

Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək

Hazırda oxunan: Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək

223027
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının özü bildirib.

"Mən ora gedə bilərəm. Mən bununla çox fəxr edirəm. ABŞ-ın bir çox prezidenti uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd etdilər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb.

ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO