Türkiyə ABŞ-dan

Türkiyə ABŞ-dan "Patriot" kompleksləri almaq istəyir

Hazırda oxunan: Türkiyə ABŞ-dan "Patriot" kompleksləri almaq istəyir
218303
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Türkiyə “Patriot”xa0 zenit-raket komplekslərinin alınması ilə bağlı ABŞ-la danışıqlar aparacaq.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy açıqlama verib.

Aksoy gələn həftə danışıqlarda iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Qeyd edək ki, ABŞ-ın “Sanksiyalar yolu ilə Amerika düşmənlərinə qarşı tədbirlər” haqqında qanununda Rusiyanın hərbi-sənaye kompleksləri ilə müqavilələr bağlayan ölkələrə qarşı ikinci-dərəcəli sanksiyalar nəzərdə tutulur.

ABŞ Rusiya istehsalı olan zenit-raket kompleksləri əvəzinə Türkiyə ordusunun NATO dövlətlərinə aid hərbi texnika ilə təchiz olunmasını istəyir.

Bundan əvvəl NATO-nun Avropa qüvvələrinin baş komandanı general Körtis Skaparrotti Türkiyəni Rusiyadan “S-400” raket komplekslərini almaq fikrindən daşınmağa çağırmış, əks təqdirdə bunun Ankara üçün baha başa gələcəyinə eyham vurmuşdu.

Türkiyə XİN Mövlut Çavuşoğlu ABŞ və NATO-nun hədə-qorxularını rədd edərək, lazım gələrsə Türkiyəninxa0 ABŞ-ın sanksiyalarına oxşar ölçülərlə cavab verəcəyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO