Saakaşvili restoranın mətbəxindəki pəncərədən qaçmaq istəyib...
Moderator.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, “Rux novıx sil” partiyasının lideri Mixail Saakaşvili indi Varşavadadır. O, telefonla NewsOne telekanalına bu barədə məlumat verib.
Saakaşvili onu Kiyevin “ Suluquni” restoranında necə tutduqlarından danışıb.
“Gözlərimi, başımı, əllərimi bağladılar və məni vertolyotla gətirdilər. Vertolyot Kiyevin üzərində bir neçə dəfə dövrə vurdu, çünki onlar izi itirməyə çalışırdılar. Sonra vertolyot Borispol aeroportuna endi. Məni tutmazdan əvvəl ora təyyarə vermişdilər, bir 40 dəqiqə keçdi.. və mən artıq Varşavadayam”
Ukraynanın dövlət sərhəd xidməti və miqrasiya xidmətinin məlumatına görə, Saakaşvilini tutarkən onun ətrafındakılar müqavimət göstəriblər, bu üzdən dövlət nümayəndələri güc tətbiq edib. Saakaşvili restoranın mətbəxinin pəncərəsindən qaçmaq istəyib, amma ona imkan verilməyib. Saakaşvilinin tutulması cəmi 2 dəqiqə çəkib.






































































































