İllərdir yaşanan küsülülük bitdi - Foto

İllərdir yaşanan küsülülük bitdi - Foto

Hazırda oxunan: İllərdir yaşanan küsülülük bitdi - Foto

633686

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb.

Bizim.Media xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər.

Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq “Uzun aradan sonra yenidən biz” şərhini yazıb. Beləliklə, illərdir küsülü olan sənətçilərin barışdığı məlum olub.

Qeyd edək ki, Təranə ilə Könül illərdir küsülü idi. Bir neçə il əvvəl isə Təranə Könülün yer aldığı verilişdə qəfildən studiyaya girərək, yalandan telefonunu orada unutduğunu deyib.

Kərimova isə həmin an studiyanı tərk etmək istədiyini söyləyib. K.Kərimova daha sonra sosial şəbəkədə onu qınayanlara "Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz.

Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır" cavabını verib. 

Xatırladaq ki, Cabbar Musayev də Təranə və Musa Musyaevlə küsülüdür. (Axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO